AZ

Çempionlar Liqası: "Qarabağ" bu gün pley-off mərhələsində ilk oyununu keçirəcək  

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanda "Ferensvaroş"la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Seçilən
12
14
azerbaijan-news.az

10Mənbələr