Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın birinci xanımı Melaniya Trampa Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqlarla bağlı məsələyə göstərdiyi diqqətə görə təşəkkür edib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək müharibənin uşaqlara vurduğu ağır fəsadları diqqətə çatdırıb:
“ABŞ-ın birinci xanımı Melaniya Trampa bu müharibənin ən ağrılı məsələlərindən biri olan Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqlarla bağlı həssas münasibətinə görə təşəkkür edirəm. Onun mərhəmətini və Putinə məktubunu dərin qiymətləndiririk. Onun səsi vacibdir və həssaslığı bu məsələyə güc qatır. Uşaqlarımız, dağılmış ailələr, ayrılıq acısı. Ən azı 20 min uşaq qaçırılıb”, - Zelenski qeyd edib.
O, həmçinin ABŞ prezidenti Donald Trampa müraciət edərək həyat yoldaşı Olena Zelenskadan Melaniya Trampa ünvanlanan təşəkkür məktubunu ona təqdim etdiyini vurğulayıb. Ukrayna lideri qaçırılan bütün uşaqların və əsirlərin azadlığı üçün mübarizəni davam etdirəcəklərini bildirib: