ain.az bildirir, Milli.az portalına istinadən.
Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ABŞ-ın keçmiş birinci xanımı Melaniya Trampa məktub ünvanlayaraq onu Qəzzadakı humanitar böhrana diqqət ayırmağa çağırıb.
Milli.Az xəbər verir ki, məktubda Ə.Ərdoğan Melaniya Trampın Ukraynadakı müharibə səbəbilə yetim və köməksiz qalan uşaqlara göstərdiyi həssaslığı yüksək qiymətləndirib və bu cür humanist yanaşmanın ümid verici olduğunu bildirib:
"Ukraynada müharibədən zərər çəkmiş uşaqlara qarşı göstərdiyiniz diqqət və həssaslıq, bir çox ürəklərdə ümid və həmrəylik duyğusunu gücləndirdi. Uşaqların sevgi və təhlükəsizlik içində böyümək haqqı bəşəri dəyərdir və bu haqq heç bir irq, din, etnik mənsubiyyət və ya coğrafiya ilə məhdudlaşdırıla bilməz".
Ə.Ərdoğan əlavə edib ki, bu universallıq prinsipi çərçivəsində, Qəzzada davam edən humanitar faciəyə də bənzər diqqət və empatiya göstərmək böyük bir məsuliyyətdir:
"İnanıram ki, necə ki, Ukraynada müharibənin fəsadları ilə üzləşən ailələr və uşaqlara qarşı həssas yanaşma sərgilədinizsə, eyni duyarlılığı son iki ildə Qəzzada 18 mini uşaq olmaqla 62 min günahsız insanın həyatını itirdiyi bu dəhşətli humanitar böhrana qarşı da göstərə bilərsiniz".
Kənan
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.