AZ

“Cənubi Qafqazda sülh İran üçün strateji prioritetdir” - Pezeşkian

“Cənubi Qafqazda sülh İran üçün strateji prioritetdir”. 

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib. 

"İran üçün Cənubi Qafqazda sülhün təmin olunması strateji prioritetdir və biz Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik. İranın mövqeyi Cənubi Qafqazda sərhədlərin dəyişməzliyi olub, çünki biz hesab edirik ki, bu dəyişikliklər geosiyasi rəqabətə gətirib çıxara bilər", - deyə siyasətçi vurğulayıb.

Pezeşkian qeyd edib ki, İran öz qonşularına, xüsusən də Ermənistana sülh və əmin-amanlıq arzulayır. 

“Biz həmişə Ermənistanın ərazi bütövlüyünü müdafiə etmişik, bu, bizim siyasətimizdir və regionda istənilən gücdən istifadənin əleyhinəyik”, - deyə siyasətçi əlavə edib.

Pezeşkian İran tərəfinin Cənubi Qafqazdakı problemlərin region ölkələri tərəfindən həll edilməli olduğu və regiondankənar qüvvələrin cəlb edilməsinin vəziyyəti daha da çətinləşdirə biləcəyi ilə bağlı mövqeyini təkrarlayıb. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
3
3
missiya.az

4Mənbələr