AZ

Ermənistan-Azərbaycan sülh danışıqlarını dəstəkləyirik - Pezeşkian

Cənubi Qafqazda sülh İran üçün strateji prioritetdir. SİA xəbər verir ki, “Armenpress”in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib.

"Cənubi Qafqazda sülh İran üçün strateji prioritetdir və biz Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik. İranın mövqeyi Qafqazda sərhədlərin dəyişməzliyidir, çünki biz hesab edirik ki, bu dəyişikliklər geosiyasi rəqabətə səbəb ola bilər", - Pezeşkian bildirib.

O, əlavə edib ki, İran öz qonşularına, xüsusilə Ermənistana sülh və əmin-amanlıq arzulayır,inteqrasiya və dostluğun təhlükəsizlik və inkişaf yolunda irəliləyiş üçün ən yaxşı amillər olduğunu düşünür.

“Biz həmişə Ermənistanın ərazi bütövlüyünü müdafiə etmişik, bu, bizim siyasətimizdir. Biz regionda istənilən gücdən istifadənin əleyhinəyik”, - deyən Pezeşkian İran tərəfinin Cənubi Qafqazdakı problemlərin region ölkələri tərəfindən həll edilməli olduğu və regiondankənar qüvvələrin müdaxiləsinin vəziyyəti daha da çətinləşdirə biləcəyi ilə bağlı mövqeyini təkrarlayıb.

Seçilən
3
3
sia.az

4Mənbələr