AZ

Məsud Pezeşkian Nikol Paşinyanı İrana səfərə dəvət edib

İran prezidenti Məsud Pezeşkian Nikol Paşinyanı İrana səfərə dəvət edib.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanla birgə bəyanatında İran prezidenti Məsud Pezeşkian söyləyib.

İran prezidenti həmçinin qeyd edib ki, regional məsələləri regional güclər həll etməlidir və bu məsələlərin üçüncü güclərə verilməsi vəziyyəti daha da çətinləşdirəcək.

O bildirib ki, Cənubi Qafqazda sülh İran üçün strateji prioritetdir. Tehran Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir.

 
Seçilən
39
49
operativmedia.az

10Mənbələr