AZ

Türkiyə səfiri Birol Akgün Hikmət Hacıyevlə görüşüb

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Operativ Media xəbər verir ki, bu haqda səfirliyin rəsmi "X" hesabı məlumat paylaşıb.

"Səfirimiz Birol Akgün bu gün Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşüb. Görüşdə Azərbaycan-Ermənistan sülh prosesinə dair aktual məsələlərlə yanaşı, ölkəmizin qardaş Azərbaycanla ortaq maraqlarına aid regional inkişaflar da ətraflı müzakirə olunub", - deyə paylaşımda qeyd edilib.

Seçilən
54
49
operativmedia.az

10Mənbələr