"Vaşinqtonda imzalanmış birgə bəyannamənin və paraflanmış sülh sazişinin təfərrüatları barədə İran Prezidentinə məlumat verdim",– deyən Ermənistanın hökumət başçısı sözügedən layihələrin"Sülh qovşağı"təşəbbüsü ilə üst-üst düşdüyünü vurğulayıb.
![]() |
Pezeşkiyan Paşinyanla görüşüb |
Nikol Paşinyanın sözlərinə görə, proses bütün regionun iqtisadi inkişafı böyük təkan verəcək.
"Minnətdaram ki,İran Prezidenti bu layihələri obyektiv qiymətləndirdi.Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda ölkələrin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında kommunikasiyaların açılmasıdır. Bu, Ermənistanın tərəfdaşları ilə dialoqun inkişafına da töhfə verəcək",– o bildirib.
Xatırladaq ki, Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"adlanacağını bildirib. Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalınamüsahibəsindədə söyləmişdi ki, Vaşinqtonla imzalanmış saziş və bəyannamədəhəm İran, həm də Rusiya üçün nəzərəçarpan real faydalar var.
Firudin Həmidli
AzVision.az