AZ

Paşinyan: "Tehran Zəngəzur dəhlizindən məmnundur"

BusözləriErmənistanın Baş naziri Nikol Paşinyan İrəvanda İran Prezidenti Məsud Pezeşkiyanla görüşünün yekununda dilə gətirib. O, mətbuat konfransında diqqətə çatdırıb ki, Naxçıvan-Culfa dəmiryol xətti vasitəsilə İranın əvvəla Ermənistana, növbəti mərhələdə isə birbaşa Qara dənizə çıxış imkanı yaranacaq.

"Vaşinqtonda imzalanmış birgə bəyannamənin və paraflanmış sülh sazişinin təfərrüatları barədə İran Prezidentinə məlumat verdim",– deyən Ermənistanın hökumət başçısı sözügedən layihələrin"Sülh qovşağı"təşəbbüsü ilə üst-üst düşdüyünü vurğulayıb.
Pezeşkiyan Paşinyanla görüşüb

Nikol Paşinyanın sözlərinə görə, proses bütün regionun iqtisadi inkişafı böyük təkan verəcək.

"Minnətdaram ki,İran Prezidenti bu layihələri obyektiv qiymətləndirdi.Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda ölkələrin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında kommunikasiyaların açılmasıdır. Bu, Ermənistanın tərəfdaşları ilə dialoqun inkişafına da töhfə verəcək",– o bildirib.

Xatırladaq ki, Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"adlanacağını bildirib. Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalınamüsahibəsindədə söyləmişdi ki, Vaşinqtonla imzalanmış saziş və bəyannamədəhəm İran, həm də Rusiya üçün nəzərəçarpan real faydalar var.

Firudin Həmidli
AzVision.az
Seçilən
98
2
azvision.az

3Mənbələr