ain.az, Yeniavaz portalına istinadən məlumat verir.
Xızının Şorabad qəsəbəsində yerləşən bostanın sahibi qeyri-adi təklif irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bayern Alman Aqronom Xidmətləri” MMC-nin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Aqronomun paylaşdığı məlumatda deyilir ki, hazırda bostanda xeyli yetişmiş pomidor var, lakin satmaqda çətinlik çəkilir:
“Bir çox fermerlər məhsullarını sata bilməyəndə onları çölə tökürlər. Mən bu işi etmək istəmərəm. Burda 1 hektarlıq ərazidə 100 tondan artıq pomidor var. Adam tapıb yığa bilmirik. Satmaqda da çətinliklər var”.
Aqronom təklif edir ki, imkanı çatmayan şəxslər gəlib, pomidorları yığıb apara bilər.
Videonu təqdim edirik:
Посмотреть эту публикацию в Instagram
Публикация от Yeniavaz.com (@yeniavaz_com)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.