AZ

İranla Ermənistan arasında 10 əməkdaşlıq sənədi imzalandı

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında İrəvanda təkbətək görüş olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, danışıqlar təxminən 1,5 saat davam edib.

 

Sonra Ermənistanın Baş naziri və İran Prezidenti İrəvan danışıqlarının yekunları üzrə birgə bəyanat imzalayıblar.

 

Bundan başqa, onların iştirakı ilə bir sıra sənədlər - standartlaşdırma, verifikasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum; tibbi məhsulların istehsalının tənzimlənməsi üzrə qarşılıqlı fəaliyyət haqqında memorandum; Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar və s. imzalanıb. 

Seçilən
12
2
senzor.az

5Mənbələr