Gəncə şəhər stadionunda işlərin 95 faizi görülüb. Hazırda son tamamlama işləri gedir.
APA xəbər verir ki, bunu bu gün təşkil olunan media-turda Gənclər və İdman Nazirliyinin maddi texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev deyib.
Onun sözlərinə görə stadionda işlər sürətlə icra edilir: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Stadion müasir standartlara uyğun inşa edilir. Stadionun ərazisi əvvəllər 8 hektar olub. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi 12 hektara çatdırlıb”.
Elmir Mediyev qeyd edib ki, UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.