AZ

Şöbə müdiri: “Gəncə şəhər stadionunda son tamamlama işləri gedir”

Gəncə şəhər stadionunda işlərin 95 faizi görülüb. Hazırda son tamamlama işləri gedir.

Apasport.az xəbər verir ki, bunu bu gün təşkil olunan media-turda Gənclər və İdman Nazirliyinin maddi texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev deyib.

Onun sözlərinə görə stadionda işlər sürətlə icra edilir: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Stadion müasir standartlara uyğun inşa edilir. Stadionun ərazisi əvvəllər 8 hektar olub. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi 12 hektara çatdırlıb”.

Elmir Mehdiyev qeyd edib ki, UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. 

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Utziq "Zirə"ni tərk etdi - RƏSMİ

"Xankəndi"dən yeni transfer

Azərbaycan I Liqasında 1-ci turun püşkü atılıb

Son 10 ildə ilk dəfə: Startda 3 heç-heçə

Tahir Gözəl: “Hədsiz qürurluyuq”

Seçilən
30
2
apasport.az

3Mənbələr