AZ

Al Arabiya: İsrail və Suriya razılığa gəlirlər

ain.az, Azvision saytına istinadən bildirir.

Bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat yayıb. Bildirilib ki, avqustun 19-da Fransanın paytaxtı Paris şəhərində Suriyanın xarici işlər naziri Əsəd Əş-Şeybani ilə İsrail tərəfinin nümayəndə heyəti arasında görüş keçirilib. İsrailin strateji işlər naziri Ron Dermer, habelə ABŞ-nin Suriyadakı xüsusi nümayəndəsi Tom Barrak da görüşə qoşulublar. Tərəflər müxtəlif məsələlərdə ortaq məxrəcə gəlməklə əlaqədar müzakirələr apararaq, danışıqların növbəti mərhələsi üzrə razılaşıblar. Telekanal tərəflərin hansı məsələlərdə razılığa gəldiklərini açıqlamayıb. Xatırladaq ki, 2024-cü ilin dekabrın 8-də Suriyada 24 illik Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca İsrail Silahlı Qüvvələri bu ölkənin ərazisində hərbi əməliyyatlara başlamışdı. Bu əməliyyatların yeganə səbəbi kimi "İsrail dövlətinin və xalqının təhlükəsizliyi" göstərilmişdi. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
30
azvision.az

10Mənbələr