Demokrat.az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Prodüser bildirib ki, Moskvaya uçan təyyarədə bütün azərbaycanlıların pasportlarını yığıblar, hamını ən azı iki saat gözlədiblər, bəzilərini, onun kimi, ümumiyyətlə, buraxmayıblar:
"Bu, artıq ayrı-ayrı insanların münasibəti deyil, bu, dövlət səviyyəsində qurulmuş bir sistemdir və hər gün daha da sərtləşir...
Sən milyon dəfə "xüsusi hərbi əməliyyat" desən də, hamı bilir ki, bu, müharibədir, öldürülən əsgərlər, dağılan evlər, günahsız uşaqlar, qadınlar, bunlar müharibənin acı həqiqətləridir, mən də bütün normal insanlar kimi qan tökülməsinə qarşıyam, bunu dünya başa düşür, amma sən anlamadın, ya da anlamaq istəmədin, sən artıq Oruellin qələmi ilə yazılmış canlı bir kitaba çevrilmisən...
Bir sutka ərzində mən müxtəlif, əsasən də müsəlman ölkələrindən gələn insanlarla bir yerdə oldum, onlarla söhbət edərkən anladım ki, ölkəmizə münasibət dəyişib, o insanlar bizə xüsusi hörmətlə yanaşır, başa düşür, həmrəylik göstərirdilər, biz bunu müstəqil siyasətimiz və ədalət savaşımızla qazanmışıq. Sorğu-sual aparan paqonlular isə sadəcə dindirən deyildilər, onlar sanki Solovyovun dili ilə mənimlə mübahisə edir, özlərini haqlı göstərməyə çalışırdılar, həmin anda bir daha dərk etdim ki, bizim ölkə böyüyür, güclənir, inkişaf edir və bu inkişaf çoxuna sərf etmir...
7Mənbələr
-
turkustan.azBakıdan Moskvaya uçan təyyarədə nə baş verib? - GƏRGİN ANLAR ( 20610963)
-
editor.azBakıdan Moskvaya uçan təyyarədə nə baş verib? – GƏRGİN ANLAR ( 20610786)
-
konkret.azBakıdan Moskvaya uçan təyyarədə nə baş verib? – GƏRGİN ANLAR ( 20609562)
-
yenisabah.azBakıdan Moskvaya uçan təyyarədə nə baş verib? GƏRGİN ANLAR ( 20608953)
-
yenisabah.azBakıdan Moskvaya uçan təyyarədə nə baş verib? - GƏRGİN ANLAR ( 20608923)
-
avtosfer.azEmin Əfəndi Rusiyaya buraxılmaması barədə açıqlama verdi ( 20561304)
-
demokrat.azEmin Əfəndi Rusiyaya buraxılmaması barədə açıqlama verib ( 20559369)