Tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmaması ilə bağlı açıqlama yayıb.
KONKRET.az Yenisabah.az-a istinadən xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Prodüser qeyd edib ki, Moskvaya uçan təyyarədə bütün azərbaycanlıların pasportlarını yığıblar, hamını ən azı iki saat gözlədiblər, bəzilərini, onun kimi, ümumiyyətlə, buraxmayıblar.
“Bu, artıq ayrı-ayrı insanların münasibəti deyil, bu, dövlət səviyyəsində qurulmuş bir sistemdir və hər gün daha da sərtləşir…
Sən milyon dəfə “xüsusi hərbi əməliyyat” desən də, hamı bilir ki, bu, müharibədir, öldürülən əsgərlər, dağılan evlər, günahsız uşaqlar, qadınlar, bunlar müharibənin acı həqiqətləridir, mən də bütün normal insanlar kimi qan tökülməsinə qarşıyam, bunu dünya başa düşür, amma sən anlamadın, ya da anlamaq istəmədin, sən artıq Oruellin qələmi ilə yazılmış canlı bir kitaba çevrilmisən…”