ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Gəncədə tikinti-bərpa işləri aparılan ərazidə quraşdırılan dəmir konstruksiyanın aşması nəticəsində bir nəfər xəsarət alıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində tikinti gedən ərazidə dəmir konstruksiya aşıb və ərazidən keçən bir nəfərin qoluna dəmir boru dəyib.
Hadisə nəticəsində sözügedən şəxsin qolu əzilib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Məhərrəm Əliyev
15:34
Gəncədə tikinti-bərpa işləri aparılan ərazidə quraşdırılan dəmir konstruksiyanın aşması nəticəsində biri azyaşlı olmaqla, üç nəfər xəsarət alıb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Bildirilir ki, binaların üzlüyünün yenilənməsi üçün quraşdırılmış dəmir konstruksiya qəflətən aşaraq insanların üzərinə düşüb.
İlkin ehtimallara görə, xəsarət alan şəxslər həmin ərazidən keçirmişlər.
Hadisə ilə bağlı araşdırma davam edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.