AZ

Gəncədə dəmir konstruksiya aşdı - Yaralılar var - FOTO

Gəncədə tikinti-bərpa işləri aparılan ərazidə quraşdırılan dəmir konstruksiyanın aşması nəticəsində biri azyaşlı olmaqla, üç nəfər xəsarət alıb.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilir ki, binaların üzlüyünün yenilənməsi zamanı quraşdırılmış dəmir konstruksiya aşaraq insanların üzərinə düşüb.

İlkin ehtimallara görə, xəsarət alan şəxslər həmin ərazidən keçənlərdir.

Hadisə iə bağlı araşdırma davam edir.

Seçilən
28
6
bakivaxti.az

8Mənbələr