AZ

Xaçmazda 21 yaşlı qız binadan düşdü

Xaçmazda 21 yaşlı qız binadan yıxılıb.

"Unikal"ın məlumatına görə, Xaçmaz şəhər sakini 2004-cü il təvəllüdlü İsgəndərova Rəvanə Araz qızı Nəriman Nərimanov 21a ünvanında, Qayalı marketin üstündə yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.

O, aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Asiman Qaraca

Seçilən
15
8
unikal.az

10Mənbələr