AZ

Xaçmazda 21 yaşlı qız 6-cı mərtəbədən yıxıldı

Xaçmazda 21 yaşlı qız binadan yıxılıb.

Bakues.az xəbər verir ki, Xaçmaz şəhər sakini 2004-cü il təvəllüdlü İsgəndərova Rəvanə Araz qızı Nəriman Nərimanov 21a ünvanında, Qayalı marketin üstündə yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.

O, aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
8
icma.az

10Mənbələr