Əməkdar artist Elza Seyidcahan Laçında namaz qılarkən görüntülənib və həmin anın videosunu sosial şəbəkə hesabında paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, müğənni-bəstəkar bu addımı ilə izləyicilərinin tənqid hədəfinə çevrilib.
Sosial şəbəkədə məsələyə reaksiya verənlər bunun İslam dinin qaydalarına uyğun olmadığını bildiriblər. Qeyd edilib ki, dinin şərtlərinə əsasən, qadın yad kişinin yanında namaz qıla bilməz.
Digərləri isə düşünür ki, namaz hər bir insanın şəxsi inancına bağlı olmalıdır və bunun nümayişkaranə şəkildə göstərilməsi yolverilməzdir.
Sözügedən videogörüntünü təqdim edirik: