AZ

Elza Laçında namaz qıldığı videonu paylaşdı - Video

Əməkdar artist Elza Seyidcahan Laçında namaz qılarkən görüntülənib və həmin anın videosunu sosial şəbəkə hesabında paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni-bəstəkar bu addımı ilə izləyicilərinin müzakirəsinə səbəb olub.   

Sosial şəbəkədə məsələyə reaksiya verənlərdən bəziləri bunun İslam dinin qaydalarına uyğun olmadığını bildiriblər. Qeyd edilib ki, dinin şərtlərinə əsasən, qadın yad kişinin yanında namaz qıla bilməz.

Digərləri isə düşünür ki, namaz hər bir insanın şəxsi inancına bağlı olmalıdır və bunun nümayişkaranə şəkildə göstərilməsi yolverilməzdir. 

Sözügedən videogörüntünü təqdim edirik:

Seçilən
9
4
qafqazinfo.az

9Mənbələr