AZ

Masallıda su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Avqustun 20-də Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

News24.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Axtarışlar nəticəsində su anbarında batmış 1959-cu il təvəllüdlü Aslanov Mirmusa Güləhməd oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb.

News24.az xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti Viləşçay su anbarında aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.


Seçilən
45
7
news24.az

10Mənbələr