İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada döyüşlərin yaxın vaxtlarda bitə biləcəyini söyləyib.
“Azreform.info ” xəbər verir ki, bu barədə o, “Sky News”a müsahibəsində bildirib.
O vurğulayıb ki, HƏMAS razılaşmaya getsə belə, İsrail yerdə qalan terrorçuları məhv etmək və ölkənin təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirəcək.
“Hər bir halda bunu edəcəyik. HƏMAS-ı orada saxlamaq məsələsi heç vaxt olmayıb. ABŞ Prezidenti Donald Tramp bunu ən yaxşı formada deyib: HƏMAS Qəzzadan yox olmalıdır”, - Netanyahu qeyd edib.
O əlavə edib ki, HƏMAS üzvləri silahlarını yerə qoysa və ən azı 20-si sağ olan qalan 50 girovu da azad etsə, müharibə bu gün başa çata bilər.