AZ

Qəzzada döyüşlər bitmək üzrədir Netanyahu

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada döyüşlərin yaxın vaxtlarda bitə biləcəyini söyləyib.

Bu barədə o, “Sky News”a müsahibəsində bildirib.

O vurğulayıb ki, HƏMAS razılaşmaya getsə belə, İsrail yerdə qalan terrorçuları məhv etmək və ölkənin təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirəcək.

“Hər bir halda bunu edəcəyik. HƏMAS-ı orada saxlamaq məsələsi heç vaxt olmayıb. ABŞ Prezidenti Donald Tramp bunu ən yaxşı formada deyib: HƏMAS Qəzzadan yox olmalıdır”, - Netanyahu qeyd edib.

O əlavə edib ki, HƏMAS üzvləri silahlarını yerə qoysa və ən azı 20-si sağ olan qalan 50 girovu da azad etsə, müharibə bu gün başa çata bilər.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
13
cebheinfo.az

10Mənbələr