"ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni həll etmək üçün Rusiyaya NATO üzvlüyünü təklif etməlidir".
Publika.az xəbər verir ki, bunu ABŞ konqresmeni Mett Qets "One America News" (OAN) telekanalında yayımlanan şəxsi proqramında bildirib.
"Mənim bir fikrim var: Rusiyaya NATO üzvlüyünü təklif edin. Təbii ki, bunun müqabilində Tramp Putindən istədiyi hər şeyi almalıdır ", - konqresmen deyib.
Qets əlavə edib ki, Tramp bu variantı Putinə qarşı təsir vasitəsi kimi istifadə edə bilər. Onun sözlərinə görə, Rusiyanın NATO-ya üzvlük ideyası siyasi dairələrdə çoxdan müzakirə olunur.