Keçmiş respublikaçı konqres üzvü Mett Qets Rusiyanı NATO-ya dəvət etməyi təklif edib.
Publika.az xəbər verir ki, “One America News” telekanalında çıxış edən Qetsin bu təklifi təəccüb doğurub.
Onun sözlərinə görə, bunun müqabilində ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putindən hərbi əməliyyatların dayandırılması, iqtisadi əməkdaşlıq və ərazi mübahisələrinin həlli də daxil olmaqla istədiyi hər şeyi almaq olar.
Qets iddia edib ki, Rusiyanın NATO-ya qoşulması ideyası uzun müddətdir siyasi dairələrdə də müzakirə olunur.