ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 22 avqust, AZƏRTAC
Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə qayıtmağımız bizim üçün əlamətdar və tarixi hadisədir. Doğulub boya-başa çatdığımız kəndə köçdüyümüz üçün sevincliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Şahin Baxşəliyev
söyləyib.
O bildirib ki, dövlətimizin başçısının sayəsində bu gün vətən həsrətinə son qoyulur.
Ş. Baxşəliyev bildirib ki, məcburi köçkün düşəndə 38 yaşım var idi: "68 yaşımda doğma kəndimə qayıtdığım üçün çox sevirəm. Biz xoşbəxt xalqıq ki, Prezident İlham Əliyev kimi dövlət başçımız var və bu cür qüdrətli dövlətdə yaşayırıq".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.