AZ

Şahin Baxşəliyev: Xıdırlı kəndinə qayıtmağımız bizim üçün əlamətdar və tarixi hadisədir  

Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə qayıtmağımız bizim üçün əlamətdar və tarixi hadisədir. Doğulub boya-başa çatdığımız kəndə köçdüyümüz üçün sevincliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Şahin Baxşəliyev söyləyib.

O bildirib ki, dövlətimizin başçısının sayəsində bu gün vətən həsrətinə son qoyulur.

Ş. Baxşəliyev bildirib ki, məcburi köçkün düşəndə 38 yaşım var idi: "68 yaşımda doğma kəndimə qayıtdığım üçün çox sevirəm. Biz xoşbəxt xalqıq ki, Prezident İlham Əliyev kimi dövlət başçımız var və bu cür qüdrətli dövlətdə yaşayırıq".

Seçilən
10
4
azerbaijan-news.az

5Mənbələr