AZ

Naxçıvanda ehtiyatda olan hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, həmçinin təhlükəsizlik qaydaları və dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar çatdırılıb.

Qeyd edək ki, hərbi vəzifəlilərin döyüş hazırlığının artırılması məqsədilə bilik və bacarıqlarının, eləcə də təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün toplanışda müxtəlif tapşırıqların icra edilməsi planlaşdırılıb.

Seçilən
43
14
operativmm.az

10Mənbələr