AZ

ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilir - VİDEO

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsindəƏlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbivəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilərqeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim vədigər təminat növləri ilə təmin olunub.

Qeyd edilib ki, hərbi vəzifəlilərlə maarifləndirici söhbətləraparılıb, həmçinin təhlükəsizlik qaydaları və dövlət sirrininmühafizəsi üzrə vacib məlumatlar çatdırılıb.

Məlumatda deyilir ki, hərbi vəzifəlilərin döyüş hazırlığınınartırılması məqsədilə bilik və bacarıqlarının, eləcə də təlimsahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün toplanışdamüxtəlif tapşırıqların icra edilməsi planlaşdırılıb.

Seçilən
31
13
az.trend.az

10Mənbələr