2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 26,78 faiz artaraq 2,5 milyard dolları üstələyib. Ticarət dövriyyəsindəki artım təqribən 528,57 milyon dollar təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycandan Çinə ixrac: 53,2 milyon dollar (+4,59 dəfə)
Çindən Azərbaycana idxal: 2,04 milyard dollar (+24.81 faiz)
Cari ilin ilk 7 ayının nəticələrinə əsasən, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 8,68 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,34 faiz bəndi çoxdur.