17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının tarixi bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq.
Matçlar Moldovada təşkil olunacaq.
Oyunların başlanma saatı və hansı stadionda keçiriləcəyi ilə bağlı daha sonra məlumat veriləcək.