Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri rəsmi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin MiQ-29 qırıcısı döyüş tapşırığını tamamladıqdan sonra eniş zamanı qəza törədib. Hadisə nəticəsində pilot həlak olub.
Məlumatda qeyd edilir ki, 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar avqustun 23-nə keçən gecə döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı həyatını itirib.
Qəzanın dəqiq səbəbləri araşdırılır.
Kənan
Milli.Az