AZ

Almaniyada avtomobil bir qrup insanı vurub, iki nəfər həlak olub

Berlin, 23 avqust, AZƏRTAC

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Krefeld şəhərində avtomobil bir qrup insanı vurub.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, 77 yaşlı şəxsin idarəetməni itirərək avtomobili qəbiristanlığın dayanacağında bir qrup insanın üzərinə sürməsi nəticəsində iki nəfər - 72 yaşlı əkiz bacı-qardaş həlak olub. Onların avtomobilin altında qaldıqları bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
2
7
azertag.az

9Mənbələr