Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Krefeld şəhərində avtomobil bir qrup insanı vurub.
Yerli “Bild” qəzeti yazır ki, 77 yaşlı şəxsin idarəetməni itirərək avtomobili qəbiristanlığın dayanacağında bir qrup insanın üzərinə sürməsi nəticəsində iki nəfər - 72 yaşlı əkiz bacı-qardaş həlak olub. Onların avtomobilin altında qaldıqları bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.