AZ

Türük Mədəniyyəti və İrsi Fondu 13 yaşınıp qeyd edir

Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun yaranmasından 13 il ötür!

Publika.az xəbər verir ki, fond, 23 avqust 2012-ci il tarixində Türk Dövlətləri Təşkilatının Bişkek şəhərində keçirilmiş Zirvə Toplantısı zamanı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə Dövlət Başçılarının dəstəyi ilə yaradılmışdır.

Türk Mədəniyyəti Fondunun prezidenti , Qazaxıstanın və dünyanın tanınmış bəstəkarı Aktotı Raimkulova deyib ki, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin dəstəyi ilə Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) 23 avqust 2012-ci il tarixində Bişkekdə keçirilən Zirvə Görüşündə qərara alınıb. Yarandığı gündən bu günədək əsas məqsədimiz Türk dünyasının zəngin irsinin və çoxəsrlik tarixinin öyrənilməsi, qorunması və təbliği olmuşdur. Bu missiya çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu bir sıra mühüm tədbirlərə imza atmış, mədəni əməkdaşlığın genişləndirilməsinə və ortaq dəyərlərin dünyaya tanıdılmasına töhfə vermişdir.

Gələcəkdə də Fond, Türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ortaq türk tarixi və irsinin yeni tədqiqatlarla zənginləşdirilməsi, həmçinin müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Türk dünyasının birliyi və irsi gələcək nəsillər üçün ən böyük mirasımızdır!

Türk dünyasının ecazkar və günəşli şəhəri Bakıda yerləşən Fond türk xalqlarının sənətkarlıq, folklor, tarix, ədəbiyyat və digər mədəniyyət sahələrində irsinin qorunub saxlanması, inkişafı, möhkəmləndirilməsi və təbliği istiqamətində fəaliyyətini davam etdirməkdədir.

Seçilən
5
6
publika.az

7Mənbələr