AZ

Türk Mədəniyyəti və İrsi Fondu 13 yaşını qeyd edir

Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun yaranmasından 13 il ötür!

Fond 23 avqust 2012-ci il tarixində Türk Dövlətləri Təşkilatının Bişkek şəhərində keçirilmiş Zirvə Toplantısı zamanı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə Dövlət Başçılarının dəstəyi ilə yaradılmışdır.

“Ədəbiyyat və incəsənət” portalı bu 13 illik tarixə, xüsusən son ildəki misilsiz fəaliyyətə diqqət yönəldərək qeyd edir ki, Türk dünyasının ecazkar və günəşli şəhəri Bakıda yerləşən Fond türk xalqlarının sənətkarlıq, folklor, tarix, ədəbiyyat və digər mədəniyyət sahələrində irsinin qorunub saxlanması, inkişafı, möhkəmləndirilməsi və təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir

Türk Mədəniyyəti Fondunun prezidenti, Qazaxıstanın və dünyanın tanınmış bəstəkarı Aktotı Raimkulova deyir ki, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması Azərbaycan Respublikası Prezidentinin təşəbbüsündən qaynaqlanıb, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin dəstəyi ilə Türk Şurasının - indiki Türk Dövlətləri Təşkilatının 23 avqust 2012-ci il tarixində Bişkekdə keçirilən Zirvə Görüşündə qərara alınıb.Yarandığı gündənbu günədək əsas məqsədimiz Türk dünyasının zəngin irsinin və çoxəsrlik tarixinin öyrənilməsi, qorunması və təbliği olmuşdur. Bu missiya çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu bir sıra mühüm tədbirlərə imza atmış, mədəni əməkdaşlığın genişləndirilməsinə və ortaq dəyərlərin dünyaya tanıdılmasına töhfə vermişdir.

Gələcəkdə də Fond, Türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ortaq türk tarixi və irsinin yeni tədqiqatlarla zənginləşdirilməsi, həmçinin müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Türk dünyasının birliyi və irsi gələcək nəsillər üçün ən böyük mirasımızdır!

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə Dövlət başçılarının dəstəyi ilə yaradılan, sonradan Özbəkistanla sıralarını genişləndirən, Macarıstan və Türkmənistan ilə bir qədər də genişlənəcəyi gözlənilən bu təşkilat türk xalqlarının milli və mənəvi dəyərlərinin təbliği sahəsində bir çox dəyərli layihələrə imza atır: kitablar nəşr edilir, görkəmli tədqiqatçı alimlərin iştirakı ilə sərgilər, konfranslar təşkil olunur. Türk dünyasının maddi mədəniyyət abidələrinin bərpası sahəsində işlər aparılır.

Xanım Raimkulova söyləyir ki, türk dünyasının tarixini və mədəniyyətini birgə araşdırmaq üçün bütün türk birliklərinin bir araya toplanması və birgə işləməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Əlbəttə ki, bu cür nəcib və lazımlı missiyanı həyata keçirən bu komandaya yalnız uğurlar və uğurlar arzulamaq olar.

Seçilən
16
6
turkustan.az

7Mənbələr