Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Anri Oxanaşvili vəzifəsindən getdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, o bu barədə "Facebook"da bildirib.
Oxanaşvili Baş nazir İrakli Kobaxidzenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutmaq niyyətində olduğunu qeyd edib.
Baş nazir isə bildirib ki, Gürcüstan DTX-nin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mdinaradze olacaq.