AZ

DTX rəhbəri istefa verdi - Gürcüstanda

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili vəzifəsindən getdiyini açıqlayıb.

 

O, bu barədə "Facebook"da bildirib.

 

Oxanaşvili Baş nazir İrakli Kobaxidzenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutmaq niyyətində olduğunu qeyd edib.

 

Baş nazir isə bildirib ki, Gürcüstan DTX-nin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mdinaradze olacaq.

 

APA

Tarix: 23 Avqust 2025, 19:13   
Seçilən
81
3
pravda.az

10Mənbələr