AZ

Telejurnalist Günel Gözəlovaya yeni VƏZİFƏ VERİLDİ

Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olunub.

Publika.az xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri vəzifəsinə gətirilib.

Günel Gözəlova bundan əvvəl Azərbaycan Dövlət Televiziyasında aparıcı-redaktor, "Lider TV və Azərbaycan Radiosu" MMC-də reportyor və aparıcı, "Gənclər" redaksiyasının baş redaktoru, "Lider Xəbər" Departamentinin rəis müavini və "Ana Xəbər"in aparıcısı kimi fəaliyyət göstərib.

O həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində mətbuat katibi, "Azərpoçt" MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri olub.

Seçilən
12
5
publika.az

8Mənbələr