Lerikdə torpaq sürüşməsi baş verib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, rayonun Çayurd kənd sakini İnşəllah Mirzəyevə məxsus həyət sahəsində FHN-in əməkdaşları istinad divarı tikərkən iri torpaq layları qoparaq yaşayış evinin ətrafına doğru hərəkət edib.
Hadisə zamanı evə ziyan dəyməsə də, nazirlik əməkdaşları burada yaşamağın təhlükəli olduğunu bildiriblər.