AZ

Lerikdə torpaq sürüşməsi: ev təhlükəli vəziyyətdə... Foto

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Lerikdə torpaq sürüşməsi baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Çayurd kənd sakini İnşəllah Mirzəyevə məxsus həyət sahəsində FHN-in əməkdaşları istinad divarı tikərkən iri torpaq layları qoparaq yaşayış evinin ətrafına doğru hərəkət edib.

Hadisə zamanı evə ziyan dəyməsə də, nazirlik əməkdaşları burada yaşamağın təhlükəli olduğunu bildiriblər.

İnşəllah Mirzəyevin sözlərinə görə, ərazidə görülməsi nəzərdə tutulan qabaqlayıcı tədbirlər artıq təxirə salınıb. Evin isə hər an sürüşmə nəticəsində uçmaq təhlükəsi var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
6
axar.az

7Mənbələr