AZ

Gəncədən Sankt-Peterburq və Moskvaya uçuşlar təxirə salınıb – SƏBƏB

Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburqun Pulkovo və Moskvanın Vnukovo hava limanlarına həyata keçirilməsi gözlənilən aviareyslər təxirə salınıb.

Gəncədən Sankt-Peterburq şəhərinə saat 16:40-da yerinə yetirilməli olan təyyarə reysi qeyri-müəyyən vaxta təxirə salınıb.

Bundan başqa, Gəncədən Moskavaya saat 03:05-də həyata keçirilməsi gözlənilən təyyarə reysi də təxirə salınıb. Bu reysin səhər 08:00-10:00 saatları aralığında yerinə yetirilməsi gözlənilir.

İlkin məlumata görə, uçuşların təxirə salınmasına səbəb Rusiyada hava məkanının bağlanmasıdır.

Qeyd edək ki, Gəncədən Sankt-Peterburqa uçmaq üçün 149, Moskvaya uçmaq üçün isə 156 sərnişin bilet alıb./Report

Seçilən
7
12
moderator.az

10Mənbələr