Rusiyanın Saxalin vilayətində yerləşən İturup adasında Baranski vulkanı ərazisində 10 nəfərdən ibarət turist qrupu ilə əlaqə kəsilib.
APA-nın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, axtarış üçün xilasedicilər, polis əməkdaşları və yerli administrasiya qüvvələri cəlb olunub.
Axtrışda Qornoye və Qoryaçi Kliuç qarnizonlarından hərbçiləri də iştirak edir.
Yaralı qadın tapılıb
Axtarış zamanı turistlərdən biri – xəsarət almış qadın aşkar edilib. Onun qalan qrup üzvləri ilə birlikdə olmadığı, düşərgədə qaldığı bildirilib. Yaralı Kurilsk şəhərinə aparılır. Digər 9 nəfərin axtarışları isə davam edir.
Turistlər qaydaları pozublar
Məlum olub ki, itkin düşən turistlər bölgənin sakinləri deyil və yürüş barədə rəsmi qurumlara məlumat verməyiblər. Qaydalar üzrə onlar marşrut və vaxt barədə əvvəlcədən xəbərdarlıq etməli idilər.