AZ

Rusiyada 10 turist itkin düşdü

Rusiyanın Saxalin vilayətində yerləşən İturup adasında Baranski vulkanı ərazisində 10 nəfərdən ibarət turist qrupu ilə əlaqə kəsilib...

Milli.Az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, axtarış üçün xilasedicilər, polis əməkdaşları və yerli administrasiya qüvvələri cəlb olunub.

Axtarışda Qornoye və Qoryaçie Klyuçi qarnizonlarından hərbçilər də iştirak edir.

Yaralı qadın tapılıb

Axtarış zamanı turistlərdən biri - xəsarət almış qadın aşkar edilib. Onun qalan qrup üzvləri ilə birlikdə olmadığı, düşərgədə qaldığı bildirilib. Yaralı Kurilsk şəhərinə aparılır. Digər 9 nəfərin axtarışları isə davam edir.

Turistlər qaydaları pozublar

Məlum olub ki, itkin düşən turistlər bölgənin sakinləri deyil və yürüş barədə rəsmi qurumlara məlumat verməyiblər. Qaydalar üzrə onlar marşrut və vaxt barədə əvvəlcədən xəbərdarlıq etməli idilər. (APA)

Poliqon.info

Seçilən
15
6
poliqon.info

7Mənbələr