AZ

Modriç İtaliya A Seriyasının tarixinə düşdü

"Milan"da çıxış edən Luka Modriç İtaliya A Seriyasında debüt edərək ölkə çempionatının tarixinə düşüb.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Nikola Skira məlumat paylaşıb.

Məlumata görə, 39 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasında debüt edən ən yaşlı futbolçu ünvanını əldə edib.

Xorvat oyunçu bu nailiyyətə evdə "Kremoneze" ilə matçda meydana çıxmaqla sahib olub.

Qeyd edək ki, Modriç A Seriyasında 39 yaş, 11 ay və 14 günündə debüt edib.

Xatırladaq ki, sözügedən matç "Milan"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Seçilən
50
6
unikal.az

7Mənbələr