AZ

Modriç İtaliya A Seriyasının tarixinə düşdü

"Milan"da çıxış edən Luka Modriç İtaliya A Seriyasında debüt edərək ölkə çempionatının tarixinə düşüb.

Bizim.Media "Sport-express" nəşrinə istinadən xəbər verir ki, bu barədə jurnalist Nikola Skira məlumat paylaşıb.
 

Məlumata görə, 39 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasında debüt edən ən yaşlı futbolçu ünvanını əldə edib. Xorvat oyunçu bu nailiyyətə evdə "Kremoneze" ilə matçda meydana çıxmaqla sahib olub.


Qeyd edək ki, Modriç A Seriyasında 39 yaş, 11 ay və 14 günündə debüt edib.

Xatırladaq ki, sözügedən matç "Milan"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bizim.Media

Seçilən
42
6
bizim.media

7Mənbələr