AZ

“Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir” – İlham Əliyev

Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.

“7Times.az” xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrikində yer alıb.

Azərbaycanın dövlət başçısı qeyd edib ki, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir.

“Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, – Prezident İlham Əliyev qeyd edib.

Seçilən
89
27
7times.az

10Mənbələr