ain.az bildirir, Azxeber.com portalına istinadən.
Ukrayna əvvəlki kimi bu gün də müstəqilliyini çətin sınaqlarda müdafiə etməli olur.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ölkəsinin müstəqilliyinin 34-cü ildönü ilə əlaqədar qeyd edib.
"Ukrayna beynəlxalq hüququn dəyərlərini, BMT Nizamnaməsini, habelə beynəlxalq arenada ərazi bütövlüyü və suverenliyinin fundamental prinsiplərini fəal şəkildə müdafiə edir. Beynəlxalq tərəfdaşlar Ukraynanı dəstəkləyir və qarşılıqlı fəaliyyətin yeni formatlarını formalaşdırırlar. Bu yaxınlarda 30-dan çox ölkə "Coalition of the willing”də birləşərək, sülhə nail olmaq, ədalətli və son təzyiqə nail olmaq istəyini təsdiqləyib", - o bildirib.
Diplomat Kiyev və Bakı münasibətlərinə, o cümlədən Azərbaycandan gələn humanitar yardıma da toxunub.
Qusev qeyd edib ki, Ukrayna və Azərbaycan energetika sektorunda fəal qarşılıqlı fəaliyyət göstərir, artıq əhəmiyyətli nəticələr var və birgə işi davam etdirmək barədə razılıq əldə olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.